Accessibility links

Zəncan və Qürvə şəhərlərində iki adam asılıb


Keçən bir neçə gün ərzində İranın Zəncan, Qürvə, Əhvaz, Mahabad (Savcbulaq) və Günbəd Kavus şəhərlərində edam hökmləri icra edilib.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu Kave Əsədbeygi adlı 39 yaşlı bir kişinin bazar günü fevralın 23-də Zəncanda edam edildiyini bildirib.

Zəncanın mərkəzi həbsxanasında dar ağacından asılan Əsədbeygi narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə olunmuşdu. Əsədbeygi 3 il əvvəl həbs olunana qədər ağır yük maşını sürücüsü kimi işləyib.

Şənbə günü isə bir məhkumun edam hökmü İranın Kürdüstan vilayətinin türklərin sıx yaşadığı Qürvə şəhərində icra edilib.

“Fevral ayının 22-də Qürvədə dar ağacından asılan şəxsin 21 yaşlı Nəim Əbdi olduğu bəlli olub. O, Zəncanın Malıça qəsəbəsinin sakini idi və qətl ittihamı ilə mühakimə olunmuşdu,” insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin saytında dərc edilib.

Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində isə təcavüzdə (zorlama) təqsirli bilinən 29 yaşlı Şahin Məhdəvikiyanın ölüm cəzasının cümə axşamı günü tətbiq edildiyinə dair məlumat yayılıb.

Həmin gün Türkmənsəhra bölgəsində yerləşən Günbəd Kavus şəhərində adam öldürmədə təqsirli bilinən Milad Nasiri adlı məhkum edam edilib.

Cümə axşamı günündən bəri Əhvaz şəhərində də qəsdən adam öldürməkdən təqsirli bilinən iki kişinin ölüm cəzası tətbiq edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG