Accessibility links

Müsavat Partiyası siyasi motivlərlə tutulan bütün şəxslərin azad olunmasını tələb edir


Müsavat Partiyası
Müsavat Partiyası

“Müsavat Partiyası hakimiyyətdən siyasi motivlərlə tutulan bütün şəxslərin azad olunmasını, ölkədə repressiyalara son qoyulmasını tələb edir”.

Bu barədə Müsavat Partiyasının Divanı (İdarə Heyəti) fevralın 10-da keçirilən iclasında bəyan edib.

Müsvat Partiyasının məlumatında deyilir ki, partiyanın Divanı Arqument.az saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Şəmşad Ağanın və “Toplum TV”nin jurnalisti Şahnaz Bəylərqızının həbsini Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirir.

“Ölkədə artıq 20-dən çox jurnalist saxta ittihamlarla həbs edilib”, məlumatda qeyd edilir.

Son günlər Azərbaycanda daha iki jurnalist həbs edilib. Hüquq- müdafiə təşkilatları ölkədə həbsdə olan jurnalistlərin sayının artıq 23 nəfərə çatdığını bildirir.

Jurnalistlərin həbsi ictimai-siyasi mühitdə, həmçinin sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olub. Tənqidlərdə ölkədəki siyasi məhbus kimi tanınan şəxslərin azad edilməsinə çağırışlar yer alıb.

Rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG