Accessibility links

"Toplum TV işi" üzrə ibtidai istintaq yekunlaşıb


Toplum TV-nin ofisi möhürləndikdən sonra.
Toplum TV-nin ofisi möhürləndikdən sonra.

Yanvarın 22-də "Toplum TV işi" üzrə ibtidai istintaqın yekunlaşdığı bildirilir. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.

"Bütün sübutlar toplanıb, şahidlər dindirilib", deyə, vəkil qeyd edib.

"Toplum TV işi" üzrə 9 nəfər təqsirləndirilən şəxs qismində tanınıb.

Yanvarın 17-də Xətai Rayon Məhkəməsi "Toplum TV işi" üzrə barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilən jurnalist Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Fərid İsmayılov
Fərid İsmayılov

Bundan əlavə, "Toplum TV işi" üzrə barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilən Elmir Abbasov da BŞBPİ-nə çağırılıb.

Elmir Abbasov ifadə verdikdən sonra saat 19 radələrində sərbəst buraxılıb.

Yanvarın 17-də "Toplum TV işi üzrə" ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Bu barədə həmin iş üzrə təqsirləndirilən şəxslərin vəkilləri məlumat verib.

Məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.

Bu ittihamlar Cinayət Məcəlləsinin 162-1-ci maddəsini istisna etməklə, "Abzas Media" jurnalistlərinə qarşı irəli sürülən ittihamlarla eynilik təşkil edir.

Məsələ ilə bağlı hələlik ibtidai istintaq rəsmi münasibət bildirməyib.

"Toplum TV işi" üzrə nə baş verib?

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib.

"Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (daha öncə polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci ilin yanvarın 17-də isə həbs qətimkan tədbiri), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

Bu ilin iyul ayından başlayaraq bütün həbs olunanların həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG