Accessibility links

Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi 5 il azaldılır


Hərbi çağırışçılar hərbi hissələrə yola salınır (Mənbə: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti)
Hərbi çağırışçılar hərbi hissələrə yola salınır (Mənbə: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti)

Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.

Bu, Milli Məclisin müzakirəsinə təqdim edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, hərbi çağırışçılar müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək olan kişi cinsli vətəndaşlardır.

Qanuna təklif edilən dəyişkilyə əsasən bundan sonra hərbi çağırışçılar 18 yaşından 30 yaşınadək olan kişi cinsli vətəndaşlar olacaq.

Hərbi ekspert Üzeyir Cəfərov Amerikanın Səsinə deyib ki, dəyişikliyin əsas səbəblərindən biri artıq Ermənistanla Azərbaycan arasındakı müharibənin başa çatmasıdır.

“Yaş həddinin yuxarı həddinin aşağı salınmasının əsas səbəblərindən biri də hərbi xidmət zamanı yaş fərqinin özünü büruzə verməsidir. Bu, hərbi hissələrdə nizamnamədənkənar atmosferin yaxşılaşdırılmasına hesablanmış addımdır. Yaş fərqi istər-istəməz mentalitetdə özünü göstərir”, o qeyd edib.

Ekspert hesab edir ki, ilkin hərbi çağırış yaşını da dəyişmək lazımdır.

“Orta məktəbi bitirən kimi gəncləri hərbi xidmətə aparmaq kökündən yanlışdır. Bu, Sovet hərbi sistemindən qalmış əcaib bir qaydadır. Bu həm də orta məktəbi bitirdikdən sonra birinci ili ali təhsil məktəblərinə qəbulda uğur qazana bilməyən gənclərin yenidən ali təhsil məktəblərinə hazırlıq üçün şansının əlindən alınmasıdır”, Cəfərov bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG