Vəkil Bəhruz Bayramov dekabrın 4-də Binəqədi Polis İdarəsinin müvəqqəti saxlama yerində "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovla görüşüb.
Vəkil Amerikanın Səsinə bildirirb ki, Rüfət Səfərovun səhhəti normaldır.
Onun sözlərinə görə, Səfərov bir daha ona qarşı ittihamları əssasız və siyasi sifariş hesab edir.
Onun 48 saat ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Rüfət Səfərovun digər vəkili Elçin Sadıqov da dekabrın 4-də Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində hüquq müdafiəçisi Rüfət Səfərovla polislərin müşaiyyət altında görüşüb.
Vəkil qeyd edir ki, hüquqlarının müdafiə elədiyi şəxslə konfidensial görüşə icazə verməyiblər.
"Dünən axşam da vəkillərə konfidensial görüş yaratmadılar. Hətta mənim öz qeydlərimi edib çıxaracağım təqdirdə fiziki güc tətbiq edəcəkləri ilə hədələdilər. Bəzi məsələləri hələ də narahatlıq yaranmasın deyə açıqlamasaq da, R.Səfərov ümumi konteksdə saxlanılma şəraitindən şikayəti olmadığını bildirdi", o əlavə edib.
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov dekabrın 3-də Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə şübhəli şəxs qismində saxlanılıb.
Səfərov insan hüquqlarının müdafiəsinə görə ABŞ Dövlət katibi Antoni Blinkenin ABŞ-da ona təqdim edəcəyi mükafatı almaq üçün dekabrıbn 6-da bu ölkəyə gedəckdi. O saxlanılmasını bununla əlaqələndirir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.
Forum