Accessibility links

Azərbaycan hərbçisi Ermənistanda həbs edilib


Azərbaycan ordusunun hərbi qulluqçusu Ruslan Pənahov Ermənistanda həbs edilib.

Fevralın 28-də Azərbaycan Müdafiə Nazirliyi Pənahovun əlverişsiz hava şəraitində azaraq Ermənistan ərazisinə keçdiyi bildirib.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Azərbaycan hərbçisinə qarşı "təxribata cəhd", "milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində qətlə cəhd", "silah və sursatın qanunsuz daşınması və qaçaqmalçılığı", "sərhədi qanunsuz keçmə" ittihamları ilə cinayət işi açılıb. Pənahov müstəntiqin təqdimatı əsasında həbs edilib.

Rəsmi Bakı və Pənahovun vəkili onun həbsi ilə bağlı xəbərə hələ münasibət bildirməyib.

Xatırladaq ki, insident Azərbaycanın Laçın rayonuda sərhəddə baş verib. Erməni mənbələrinə görə, əsgər Sünik vilayətinin Tex kəndi yaxınlığında saxlanılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG