Accessibility links

Azərbaycan Ordusunun üç hərbçisi qəza nəticəsində həlak olub


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu qəza nəticəsində həyatını itirib.

Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Əliyev, Elgün Həsənov və Nihad Namazov həlak olub.

Məlumatda hansı hərbi nəqliyyat vasitəsinin qəzyaya uğraması və qəzanın harada verdiyi bildirilmir.

Forum

XS
SM
MD
LG