Accessibility links

Təbrizdə Leyli Purbabanın həbsi iki aydan artıqdır davam edir


Leyli Purbaba
Leyli Purbaba

Hüquq müdafiəçiləri İranda hökümət əleyhinə davam etməkdə olan ümummilli etirazlarla əlaqədar Təbrizdə həbs edilmiş Leyli Purbabanın təqribən 2 ay yarımdır nəzarətdə saxlanıldığını bildirirlər.

Azərbaycan insan haqları cəmiyyəti "Ərk" Purbabanın həbs və şallaq cəzasına məhkum edildiyinə dair xəbər yayıb.

"Leyli Purbaba iki ay yarımdan artıqdır ki, Təbrizin mərkəzi həbsxanasında saxlanılır və vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. Ailəsi onun sağlamlıq vəziyyəti ilə bağlı narahatdır" - deyə, "Ərk" cəmiyyətinin Telegram kanalında yayılan xəbərdə qeyd edilib.

Purbabanın hansı ittihamlarla mühakimə olunduğuna dair məlumat yayılmayıb. Ancaq sosial şəbəkələrdə yayılan məlumata əsasən, Leyli Purbaba öz sosial media hesablarından paylaşdığı yazılar üzündən həbs edilib.

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin veb səhifəsində yazılanlara görə, Purbaba keçən noyabr ayının ilk günlərində İranın kiber polisi tərəfindən saxlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG