Accessibility links

ABŞ Səfirliyi "İnnovativ məktəb direktorları" layihəsini açıq elan edib


ABŞ-ın Azərbaycandakı səfirliyi "İnnovativ məktəb direktorları" layihəsini direktorların müraciəti üçün açıq elan edib. Məktəb direktorları layihədə iştirak üçün oktyabrın 20-dək müraciət edə bilər.

ABŞ səfirliyinin məlumatında bildirir ki, layihənin məqsədi vəzifəyə yeni başlamış məktəb direktorlarının peşəkar inkişafına dəstək olmaq, onları qabaqcıl liderlik təcrübələri ilə tanış etmək və Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən direktorları bir araya gətirərək, Azərbaycandakı məktəb idarəçiliyinin qarşısında duran əsas problem və imkanları müzakirə etməkdir.

"Layihədə iştirak tamamiylə ödənişsizdir. Layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir" , ABŞ səfirliyi bildirir.

Layihədə iştirak etmək üçün vəzifəsinə son 3 ildə təyin olunmuş Azərbaycanın bütün bölgələrindən olan məktəb direktorları müraciət edə bilər.

XS
SM
MD
LG